Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:22

Çin fransalı jurnalisti çıxarır


Çin bayrağı
Çin bayrağı

-

Çin hakimiyyəti fransalı jurnalist Ursula Gauthier-in dekabrın 31-dək ölkədən çıxmasını istəyir. Bu haqda jurnalistin əməkdaşlıq etdiyi «L'Ob» məlumat yayıb.

Jurnalist ölkədəki müsəlman azlığı olan uyğurların durumunu tənqid edib.

Gauthier-in məqaləsində deyilir ki, Pekin Parisdəki terror aktlarından yararlanaraq uyğurlara təzyiqlərə haqq qazandırmağa çalışıb. Məqalədəki bu fikir Çin hakimiyyətinin xoşuna gəlməyib və rəsmi KİV-lər ittiham kampaniyasına başlayıblar.

Ursula Gauthier Qərb informasiya agentliklərinə deyib ki, Çin hökuməti ondan məlumatı dəyişdirməsini və üzr istəməsini xahiş edib.

Fransa Xarici İşlər Nazirliyi jurnalistin vizasının yenilənməməsi ilə bağlı təəssüfünü bildirib. «Fransa jurnalistlərin dünyanın hər yerində işləmək imkanının olmasının vacibliyini yada salmaq istərdi», - bəyanatda deyilir.

«L'Ob» isə Fransa ilə Çin arasında iqtisadi, mədəni və diplomatik əlaqələrin möhkəmləndiyi zamanda əməkdaşının ölkədən çıxarılmasını «böyük insident» sayır.

XS
SM
MD
LG