Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:54

Nazirlik: «Ana ölümü azalıb»


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Azərbaycanda bu il 1000 qramdan az çəki ilə doğulmuş 260 körpədən 97-ni xilas etmək mümkün olub.

Bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov nazirliyin kollegiya iclasında çıxış edərkən deyib.

G.Poladov diri doğulmanın beynəlxalq meyarlarının qəbul olunduğunu və 2015-ci il yanvarın 1-dən onların tətbiqinə başlanıldığını diqqətə çatdırıb.

Nazirlik rəsmisi deyib ki, 2015-ci ildə uşaqların 92%-dən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilmiş uşaqların 6%-i sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1%-i isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub.

G.Poladov deyib ki,ana və uşaqların sağlamlığı ilə bağlı göstəricilərdə müsbət dinamika əldə edilib. Ana ölümü əmsalı hər 100 min diri doğulmaya qarşı 2014-cü illə müqayisədə 14.6-dan 13.8-ə enib.

XS
SM
MD
LG