Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:50

Tacikistan Azərbaycandan yardım istədi


Tacikistanda zəlzələ
Tacikistanda zəlzələ

-

Tacikistan hökuməti dekabrın 7-də baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan hökumətinə humanitar yardım üçün müraciət edib.

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, 800 min manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görülür. Hazırlıq işlərini Fövqəladə Hallar Nazirliyi aparır.

Məlumatı FHN yayıb.

Dekabrın 7-də Tacikistanın Dağlıq Bədəxşan muxtar vilayətində baş vermiş güclü zəlzələ insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib.

XS
SM
MD
LG