Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:14

-

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları açılıb.

Yarmarkalar dekabrın 26-dan 31-dək davam edəcək. Təşkilatçılar bildirir ki, məqsəd əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısını almaqdır.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AZƏRTAC-a deyib ki, yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət işçi qruplar yarmarkalara təhkim olunaraq məhsulların keyfiyyətinə, istehlak üçün yararlılığına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edirlər. Eyni zamanda, bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunub.

«Qiymət artımı, demək olar, yoxdur. Kartof 60-80, soğan 60-70 qəpiyə, ət 5.50-6 manata, naringi 80 qəpik-1 manata, portağal 1.80-2 manata, fındıq 3-4 manata, qoz 3-5 manata təklif olunur», - M.Hacıyev bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG