Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:35

-

Dekabrın 26-da İsrail polisi bir fələstinlini güllələyib. Onun Yerusəlimdə köhnə şəhər divarı yaxınlığında İsrail zabitinə zərbə endirmək istədiyi deyilir.

Bu haqda «Reuters» İsrail hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. Qeyd olunur ki, son 3 ayda davam edən zorakılıq dalğası hələ də zəifləmir.

Son 12 həftədə İsrail qüvvələri və ya silahlı vətəndaşları ən azı 126 fələstinlini öldürüblər, hakimiyyət onlardan 77-nin hücum etdiyini bildirib. Böyük əksəriyyəti isə təhlükəsizlik qüvvələri ilə qarşıdurmada ölüblər.

Fələstinlilər isə bu müddətdə 20 israillini və ABŞ vətəndaşını öldürüblər.

Polisin mətbuat katibi Luba Samri deyir ki, dekabrın 26-da zabitlər şübhəli bildikləri şəxsə yaxınlaşıblar: «Terrorçu bıçaq çıxararaq polis əməkdaşını öldürməyə çalışıb. O da həmin şəxsə güllə açaraq neytrallaşdırıb».

Oktyabrdan başlanan zorakılıq dalğası fələstinlilərin məyusluğundan irəli gəlir. Fələstinlilər 48 ildir İsrail işğalı altında qalan torpaqlarında öz müstəqil dövlətlərini qurmaq istəyirlər. Bundan başqa, 1967-ci il müharibəsində İsrailin ələ keçirdiyi torpaqlarda məskunlaşmanın genişlənməsindən də narahatdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG