Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:05

Evlənmək istəyən 53 nəfərdə QİCS tapıldı


Analiz.
Analiz.

-

«Nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. İyunun 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub».

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib. O deyib ki, 5500 nəfərdə talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib:

«Müayinə olunan 40 cütlükdə (hər iki şəxsdə) xəstəlik aşkar edilib. Onlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində - hamilə qadından Azərbaycanda ilk dəfə bətndaxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə göndərilib».

XS
SM
MD
LG