Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:37

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Curovun istefası ilə bağlı söz-söhbət tam əsassızdır.

Bu barədə İnterfaks agentliyi Kremlə istinadla xəbər verir.

Prezident aparatından verilən məlumatda bildirilir ki, bu vəziyyəti laxlatmaq və seçki institutlarını gözdan salmaq məqsədi güdür.

Kremlin mətbuat katibi Dimitry Peskov bundan əvvəl bildirmişdi ki, prezident Putinin Curovun MSK rəhbərliyinə namizədliyini irəli sürəcəyindən danışmaq hələ ki, tezdir.

Curovun özü isə məlumatı şərh etməkdən imtina edib.

“Dojd” televiziya kanalı bundan əvvəl Curovun gələn ilin martında istefaya göndərilməsinin mümkünlüyü barədə məlumat yaymışdı.

Curovun səlahiyyətləri gələn ilin martında bitir.

Günün bütün mövzuları

XS
SM
MD
LG