Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:54

►Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova da eyni aqibətlə üzləşib

Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ilə yekun vurub.

Nazirliyin yaydığı xəbərə görə, dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev iclasda geniş məruzə ilə çıxış edib.

Əbülfəs Qarayev bildirib ki, 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ regionlarla iş olacaq.

Nazir çıxışında onu da bildirib ki, müvafiq əmək müqaviləsinin bitməsinə görə Xalça Muzeyinin direktoru Röya Tağıyeva, işində yol verdiyi nöqsanlara və fəaliyyətsizliyə görə Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova tutduqları vəzifədən azad olunublar.

Xatırladaq ki, bir neçə ay öncə Dövlət Xalça Muzeyinin direktor müavini Asya Şirəliyeva muzeydəki neqativ hallarla bağlı açıqlamalar vermişdi. Muzey ətrafında yaranan qalmaqala reaksiya verən Mədəniyyət və Turizm Nazirliyi muzeyin baş mühasibini işdən çıxarmış, muzeyin direktoru Röya Tağıyevaya isə şiddətli töhmət vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG