Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:45

Rauf Mirqədirov son sözündə nələr dedi


Rauf Mirqədirov
Rauf Mirqədirov

►Məhkəmənin nə vaxt davam edəcəyi bilinmir

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun məhkəməsi davam etdirilib.

Jurnalist dekabrın 25-də keçirilən qapalı prosesdə son söz deyib, ittihamı rədd edib və məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmə qeyri-müəyyən müddətədək təxirə salınıb.

Bu barədə onun vəkili Fuad Ağayev məlumat verir.

Vəkil Fuad Ağayevin sözlərinə görə, jurnalist son sözündə deyib:

“Hətta bəraət hökmü çıxarılsa belə, bu, qismən ədalət olacaq, tam ədalətin zəfəri sayıla bilməz.. Həbsdə olduğum iyirmi ayı, bu müddətdə yaza bilmədiyim məqalələri kimsə qaytara, ödəyə bilməz. Bunları nəzərə alanda, heç olmasa, bəraət hölmü çıxarılsın".

Məhkəmə hökmünün vaxtı barədə gələn həftə məlumat verəcək.

Vəkil Fuad Ağayev bildirir ki, o, müdafiə çıxışında bəraət üçün əsasları sadalayıb.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur.

Özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Prokuror bundan əvvəlki prosesdə Raif Mirqədirova 7 il həbs cəzası istəyib.

Rauf Mirqədirov ötən ilin aprelin 19-da Türkiyədən Azərbaycan deportasiya olunub və dərhal da həbs edilib.

O dövlətə xəyanətdə kittiham olunur.

Rauf Mirqədirov ittihamı rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını deyir.

«Məntiqlə, Rauf Mirqədirov azad olunmalıdır»
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG