Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:22

►“Səbəbini soruşdum, dedilər ki, “yuxarıdan göstəriş var, sökulməlidir..."

AzadlıqRadiosunun “Qaynar xətt”inə müraciət edən sahibkar İlham Abdilov deyir, Sumqayıt şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin işçiləri qəflətən başının üstünü kəsdiriblər ki, “əşyalarını topla, obyekti boşalt, tezliklə obyekt söküləcək”.

İlham Abdilov 11 ildir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsi 62a ünvanda aptek işlədir. Deyir, sahibkarlıq fəaliyyətinə və obyektə dair bütün sənədləri qaydasındadır:

“Obyektin tikilməsi üçün o vaxtkı bələdiyyə sədri Zakir Fərəcov tərəfindən 16 dekabr 2014-ci ildə torpaq ayrıldı. 2005-ci il aprelin 28-də keçmiş icra başçısı Vaqif Əliyevin 139 N-li sərəncamı ilə tikintiyə icazə verildi. Obyekt 02.09.2010-cu ildə Sumqayit şəhər Reyestr xidmətində adıma dövlət qeydiyatına alındı”.

Buna da bax: Həbsxanada qiymətlər. "Aşağı çarpayı - 200 manat..."

“DEPOLARA KÜLLİ MƏBLƏĞDƏ BORCUM YIĞILIB”

Sahibkarın sözlərinə görə, bir neçə gün əvvəl aptekdə peyda olan qurum əməkdaşları ondan fəaliyyətini dayandırmasını tələb ediblər:

“Sumqayıt şəhər İcra Hakimiyyətinin arxitektura idarəsində işləyən Kənan adlı əməkdaş obyektin sənədini istədi. Mən də təqdim etdim. Sonrakı günlərdə müxtəlif adamlar gəlib obyektin qısa zamanda boşaldılmasını, aptekin fəaliyyətini dayandırmağımı tələb etdilər. Səbəbini soruşduqda dedilər ki, “yuxarıdan göstəriş var, sökulməlidir”.

Sahibkar deyir, özü də mat qalıb ki, məhkəmə qərarı, hər hansı səbəb göstərilmədən, zərurət sahibkara aydınlaşdırılmadan obyekti necə sökülə bilər…

“Obyekti bağlayıb oturmuşam. Depolara külli məbləğdə borcum yığılıb. Mənə hər gün xəbər gətirirlər ki, “apteki buldozerin qabağına verib sökəcəyik”. Oturmuşam, gözləyirəm ki, nə vaxt gələcəklər. Mən hüquqi dövlətdə yaşayıram. Mənim Konstitusiya ilə təsbit olunmuş hüquqlarım var. O hüquqlara görə, kimsə mənim əmlakımi başıma uçura bilməz. Əgər sökülməsinə zərurət varsa, bunu qanunauyğun şəkildə etmək olmazmı?”

Buna da bax: Qafqazda ən aşağı orta aylıq maaş Azərbaycandadır...

PREZİDENTƏ TELEQRAM VURUB

Hüquqşünas Fuad Hüseynov deyir, hətta qanunsuz tikili də məhkəmə qərarı olmadan sökülə bilməz.

Sumqayıt şəhər İcra Hakimiyyətindən bildiriblər ki, 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsində əvvəlki başçının göz yumduğu bir neçə qanunsuz tikili var. Tikililərin sahiblərinə söküntü aparılacağı ilə bağlı xəbərdarlıq olunub. “Bu xəbərdarlıq rəsmi olubmu? İlham Abdilova məxsus obyekt qanunsuzdurmu?” sualına isə “sahibkar məhkəməyə müraciət edə bilər” cavabını aldıq.

Sahibkar prezident İlham Əliyevin yadına sahibkarlara dəstəklə bağlı dediklərini salmaqla yanaşı həm də əmlakının söküntüsünün qarşısının alınması üçün ondan kömək istəyir. Elə buna görə də dövlət başçısına teleqram vurub.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG