Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:07

Ədəbi lətifələr: Əli Vəliyev, Ramiz Rövşən


Eldar Baxışın kitabı
Eldar Baxışın kitabı

-

Eldar Baxışın 1993-cü ildə "Yazıçı" nəşriyyatında çıxmış "Ölüsülə ərəbcə, dirisilə rusca" kitabından seçmələr:

Cavan şair

Əli Vəliyevə deyiblər:

- Laçından bir oğlan var, eynən sənə oxşayır. Yerişi, duruşu, danışığı eynən sənsən.

Əli Vəliyev soruşub:

- Kimdi, nəçidi oğlan?

Deyiblər:

- Cavan şairdir.

Əli müəllim üzünü yana çevirib, deyib:

- Bəsdi ə! Hər iti-qurdu mənə oxşatmayın!

Hacı

Bu hadisə mənim yanımda olub.

Ramiz Rövşəndən soruşublar:

- Tələbəlikdən bu yana, Hacı Cəfərovla dostluq, yoldaşlıq etməkdən yorulmadın?

Deyib:

- Yox, dünyada hər şairin bir hacısı olmalıdır.

XS
SM
MD
LG