Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:10

-

Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarını qanunsuz qaldıranlar, nümayiş etdirənlərə qarşı yeni cəzalar tətbiq edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu barədə yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 584-cü maddəsində göstərilib.

Maddədə bildirilir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə fiziki şəxslər 100-150, vəzifəli şəxslər 500-800, hüquqi şəxslər isə 3000-4000 manat cərimələnəcək.

Mövcud məcəlləyə görə isə, bu cəzalar müvafiq olaraq 10-30, 30-40 və 70-100 manat həddindədir.

Ölkə prezidentinin təqdim etdiyi yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunsa, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG