Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:06

-

Ukrayna parlamenti 2016-cı il büdcəsini təsdiqləyib. Bir sıra islahatları təsdiqləməklə, parlament Beynəlxalq Valyuta Fondunun (BVF) əsas tələbini yerinə yetirmiş oldu və qurum Kiyevə kreditlər ayırmaqda davam edəcək.

Deputatlar bir sıra vergi islahatlarını, vergi artımlarını təsdiqləyib, işəgötürənlərin vergisi azaldılıb, şəxsi gəlirə vergi, tütün, yanacaq, alkoqola aksiz vergisi artırılıb.

Bu islahatlar çox mübahisəli idi. Deputatların çoxu bildirirdi ki, çətinliklə yaşayan ukraynalılar üçün vergini qaldırmaqla ədalətsizlik edirlər.

BVF isə büdcənin təsdiqlənməsini vacib addım sayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG