Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:07

-

Aslıcan Kalfa-Topateş adlı yazarın “Türkiyədə yoxsulluq və dilənmə kültürü” adlı kitabı çıxıb.

Kitabdan bir hissəni burada oxumaq olar. Tanıtımında deyilir:

Kitab

Kitab

“Kimi deyir ki, sən məndən varlısan. Kimi deyir, korsan, işlə! Əlin-ayağın tutmur? İşlə!

Kimi deyir, ayıb deyilmi dilənirsən, tərbiyəsiz.

Kimi deyir ki, uşağı niyə küçəyə çıxarırsan?.. Mən də deyirəm ki, kefimdən çıxarmıram uşağımı küçəyə.Yoxsulluqdan çıxarıram, deyirəm.”

“Uşaqla çıxma" deyirəm, “Uşaqla çıxmasam, kimsə mənə pul vermir” deyir. "Uşaqla çıxanda salfet verirəm, deyirlər, neçəyədir, deyirəm, bir lirə. Deyirlər, al, beş lirə. Amma uşaqsız çıxanda bir lirə verirlər.”

Tarixin ən qədim peşələrindən biri də dilənçilikdir. Aslıcan Kalfa-Topateş, kitabında hər şeydən əvvəl dilənçiliyin yoxsullar üçün həyatda qalmaq strategiyası olduğunu xatırladır.

Tarixi ardıcıllıq olduğu kimi, tarixi dəyişiklik də var: Feodalizmdən kapitalizmə və kapitalizm içində rifah dövlətindən qloballaşmaya, - dilənçiliyin statusunun necə dəyişdyini görürük.

Kitabın geniş hissəsində Türkiyənin tarixində dilənmə kültürü və onun dəyişilmə mərhələləri izlənilir. Dilənçilər öz fəaliyyətlərini necə qiymətləndirirlər, necə münasibət görürlər, bu münasibətə necə münasibət göstərirlər, yoxsulluqla və sosial yardım rejimiylə dilənçilik arasındakı əlaqə necədir..."

"İletişim" nəşriyyatında işıq üzü görən kitabın yazılması üçün mindən çox tarixi sənəd araşdırılıb, bir o qədər də dilənçi ilə söhbətlər aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG