Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:16

Bir gəncin böhrana qarşı məsləhətləri


Rahim Şalıyev
Rahim Şalıyev

-

"Siyasətə hansısa mafiya sistemi kimi baxmağı tərgidin."

Rahim Şalıyev

Böhranı sevərək yaşamağın 7 yolu

İndiki durumda panikaya düşməmək və vəziyyətdən daha az ziyanla çıxmağa hazır olmaq lazımdır. Bəs biz nə etməliyik ki, böhrana nifrət edərək yox, onu sevərək yaşaya bilək?

1) Televizyadan uzaq olun

Əsasən də yerli televiziyadan uzaq olun. Hazırda milli televizyalar sizin vaxtınızı almaq, yalan satmaqdan başqa bir şey deyil.

Diqqətinizi daha çox İnternet mediasına və sosial şəbəkələrə yönəldin. Hadisələr də göstərdi ki, İnternet mediasının təqdim etdiyi proqnozlar daha düzgün, məntiqli və hesablanmış olur. Xüsusən də Natiq Cəfərli, Samir Əliyev kimi iqtisadçıların məsləhətləri üzərindən hərəkət edənlər son bir ildə ziyanlarını minimuma endirə biliblər.

2) Siqaret və spirtli içkiyə son qoyun

Siqaret və spirtli içkilərə son qoymaq aludəçiləri üçün nə qədər ağrılı olsa da, nəzərə alınmalıdır ki, böhran dövründə aludəçiliyə davam etmək tərgitməkdən daha ağır olacaq.

İnzibati üsulla idarə olunan iqtisadiyyatımızda məzənnə oynamalarını nəzarətdə saxlamaq üçün sağlam və ayıq düşüncəyə yiyələnmək şərtdir. Siz həm də “at belinə minən” qiymətlərin ağırlığından canınızı xilas edə, tibbi xərclərinizi azalda bilərsiniz.

3) Daha çox elmi kitab oxuyun

Kitab oxuyarkan bacardığınız qədər bədii ədəbiyyatdan uzaq olun. Bu kitablar hazırkı vəziyyətdə sizi daha da depressiyaya sürükləyəcək. Əvəzində peşəyə aid kitablara üstünlük verin. Yeni peşələr öyrənin. Böhrandan çıxdıqdan sonra isə yenidən bədii ədəbiyyata üstünlük vermək olar.

4) Güvən qazanın

Artıq ölkədə birnəfəsə qazana biləcəyiniz böyük pullar olmayacaq. İqtisadiyyat əvvəl-axır elə bir vəziyyətə gələcək ki, daha çox ağıllı və etibarlı insanlar böyük pullara sahib olacaqlar.

Savadlanmaq və fərdi inkişaf hər kəsin çata biləcəyi nöqtədir. Güvən qazanın, bu güvən illər keçdikcə özünü mənəvi tərəflərlə yanaşı, maddi tərəflərdən də göstərəcək.

5) Boykotu bacarın

Sizi istismar edənləri, ac qalmaq hesabına olsa belə, boykot etməyi bacarın. İşlədiyiniz yerdə qayda-qanun tələb edin.

Bacardığınız qədər, sahibkara qazandırdığınız qazancın ən azından 40-50 %-inə yiyələnməyi məqsəd götürün. Unutmayın ki, sahibkar sizin pulunuzu azaltdıqca iş saatınızı çoxaldacaq və siz istismar olunacaqsınız.

6) Öz təsərrüfatınızı yaradın

Çörək
Çörək

Bacardığınız qədər istehsal etməyi bacarın. Həyətyanı sahəniz varsa orada nə isə əkin, təsərrüfat heyvanları saxlayın. Bu, böhranı daha ağrısız adlamanıza səbəb olacaq.

Əgər mənzildə yaşayırsınızsa, bəzi maddi nemətləri evdə özünüz hazırlamağı bacarın. Çörək bişirməyi, toxumağı bacarmaq (baxmayaraq ki, bunlar daha çox qadın işləri sayılır, ac qalmamaq üçün kişilər bu düşüncəsini dəyişsinlər) sizi maddi cəhətdən çox rahatladacaq.

7) Siyasi mövqe ortaya qoyun

“Mən siyasətə qarışmıram” dövrü bitdi. Artıq özünüzə uyğun siyasi çevrlər axtarın və lazım gəlsə, belə bir çevrəni özünüz qurun.

Siyasətə hansısa mafiya sistemi kimi baxmağı tərgidin. Siyasətə daha çox azad seçimizinizin olacağı yer kimi baxın. Radikallıqdan çəkinin. Unutmayın ki, inqilab vurub-dağıtmaqla yox, ağıl və zəhmət vəhdəti hesabına əldə olunur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG