Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:43

Azərbaycan prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə dünya azərbaycanlılarını təbrik edib.

Dövlət başçısının Prezident.az saytında yerləşdirilən müraciətində deyilir:

“Əziz həmvətənlər! Hörmətli soydaşlar! 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi salamlayır, hər birinizə xoş arzu və diləklərimi çatdırıram.

Hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, Azərbaycanda 2015-ci ildə də sosial-iqtisadi artım qorunub saxlanılıb, dövlət proqramları və infrastruktur layihələri yerinə yetirilib.Ölkəmiz Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. İlin əvvəlində təməli qoyulmuş TANAP layihəsi də daxil olmaqla, zəngin qaz ehtiyatlarımızın dünya bazarlarına nəqli sahəsində nəzərdə tutduğumuz planların gerçəkləşdirilməsi Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq aləmdəki rolunu daha da artıracaq.

Son dövrlər dünyanın müxtəlif yerlərində hərbi-siyasi münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, Azərbaycanda ictimai-siyasi sabitlik, hakimiyyət və xalq arasında etimad mühiti daha da möhkəmlənib.

Amma təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın təcavüzkar siyasəti və qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmayıb.

Bu gün Azərbaycanın torpaqlarını hər an işğalçılardan azad etməyə hazır olan qüdrətli ordusu var.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz və birgə fəaliyyətimizlə sanballı töhfə vermək bizim başlıca amalımız olmalıdır.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq və işlərinizdə uğurlar arzulayıram”.

Günün bütün mövzuları

XS
SM
MD
LG