Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15

Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsinin tikintisi başa çatıb.

APA-nın məlumatına görə, hazırda Polis Bölməsinin şəxsi heyəti formalaşdırılır.

Polkovnik Azər Cahangirovun müvəqqəti 42-ci Polis Bölməsinə rəis təyin ediləcəyi gözlənilir.

Hazırda Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili işləyən Cahangirov uzun illər daxili işlər orqanlarında çalışıb. O, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi olarkən Bakının Nardaran və digər kəndlərində bir sıra mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində yaxından iştirak edib.

Bir neçə günə açılışı gözlənilən Polis Bölməsinin yeni ildən fəaliyyətə başlayacağı bildirilir.

Qeyd edək ki, hazırda Nardaran qəsəbəsində polis nəzarəti davam edir. Qəsəbənin giriş-çıxışınapolis və Daxili Qoşunların əsgərləri nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG