Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:32

İsraildə yəhudi ekstremistlərin fələstinli uşağın ölümünü bayram etməsini göstərən videogörüntüyə görə cinayət işi açılıb.

Baş nazir Benjamin Netanyahu da daxil olmaqla yerli siyasətçilər bunu kəskin ittiham edib və bu şok görüntülərin İsrail cəmiyyəti və dövlətinə birbaşa təhlükə olduğunu bildiriblər.

Videoyazıda toy mərasimində oynayan bir qrup yəhudi ekstremistin evləri yandırılarkən ölən fələstinli uşağın şəkilini bıçaqla deşikləməsi görünür.

Onların Nablus ətrafındakı evllərini iyunda yəhudi ekstremistlər yandırıb.

İsrail KİV-lərinin məlumatına görə bundan sonra bəy, dostları və qohumları şübhəli kimi hüquq-mühavizə orqanları tərəfindən dindirilib.

Ev yandırılarkən yaşyarımlıq oğlan hadisə yerində, valideyinləri isə bir qədər sonra aldıqları yanıq xəsarətindən xəstəxanada keçiniblər.

Ailənin yalnız 4 yaşlı böyük oğlu sağ qalıb ki, o da hazırda xəstəxanadadır.

Dekabrın 3-də bu faktla bağlı bir neçə şübhəli saxlanıb.

Bu insident son vaxtlartərəflər arasında gərginliyin daha da artmasına səbəb olub.

Dekabrın 24-də İordan çayının qərb sahilində baş verən ayrı-ayrı toqquşmalarda 3 fələstinli öldürülüb,3 israilli isə xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG