Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:17

18 nəfərlik dəstə məhkəmə qarşısına çıxarılır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bakı Ağır Cinayətlər Məhkəməsinə qətllər, soyğunlar törətməkdə təqsirləndirilən bir dəstənin «cinayət işi» daxil olub. Məhkəmədən AzadlıqRadiosuna verilən bilgiyə görə, məhkəməyə hazırlıq iclası yanvarın 21-nə təyin olunub. İclasa hakim Zeynal Ağayev sədrlik edəcək.

İbtidai istintaqın qənaətinə görə, dəstə üzvlərinin sonuncu cinayəti ötən il bir işadamının qətli olub.

Ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun güllələnmiş nəşi öz evində aşkar olunur. Tezliklə polis bu işdə Vahid Vahabovun qonşusu Coşqun Kərimbəylidən şübhələnir və sonuncu barəsində həbs qərarı verilir.

İstintaq orqanının gəldiyi nəticəyə görə, Coşqun Kərimbəyli Vahid Vahabovun evinə gedib-gələn qonşulardan olub. Onun imkanları barədə öz yaxın dostları olan Nurəddin Xəlilova, Müşfiq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib.

Həmin şəxslər barəsində prokurorluğun qənaəti budur ki, onlar radikal ekstremist yönümlü dini təriqətin üzvləri olub.

EV SAHİBİ QƏTLƏ YETİRİLİB...

İttiham aktında qeyd olunur ki, Coşqun Kərimbəylinin xəbərləməsindən sonra dəstə üzvləri Vahid Vahabovun evinə silahlı basqın ediblər. Ev sahibinə atəş açaraq qətlə yetiriblər, evdən qızıl-zinət əşyaları aparıblar.

Dəstə üzvlərinin yaşadıqları mənzillərdən qumbara, «Vinçester» markalı tüfəng, «Revolver» tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr. heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, maska kimi istifadə olunan 1 idman papağı və s. götürülüb.

Prokurorluğun mövqeyinə görə, istintaq dövründə dəstənin başqa cinayətləri də üzə çıxıb. Söhbət bir neçə nəfərin evindən oğurluq, bədənə xəsarət, bir neçə avtomobilin oğurlanması kimi cinayətlərdən gedir.

Təqsirləndirilən şəxslərin ibtidai istintaqa verdikləri ifadədə cinayətlərini etiraf etdiyi söylənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG