Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:56

Səudiyyə Ərəbistanında xəstəxananın yanması nəticəsində azı 31 nəfər ölüb, 100-ə yaxın adam isə xəsarət alıb.

Bu barədə Səudiyyə hökuməti məlumat yayıb.

Yanğın dekabrın 24-ü səhər saatlarında ölkənin cənubundakı Jazan Mərkəzi Hospitalında baş verib.

Mülki müdafiə idarəsi alovun söndürüldüyünü və hazırda araşdırma aparıldığını bildirir.

Xəsarət alanlar özəl və ümumi hospitallara götürülüb.

XS
SM
MD
LG