Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:59

-

«Google» şirkəti fərqli, süni intellektə əsaslanan yeni mesajlaşma xidməti hazırlayır.

Bu barədə «The Wall Street Journal» yazır.

İstifadəçilər yeni söhbət proqramına sual verib cavab ala biləcəklər. «Google»un axtarış sisteminə keçmədən mesaj proqramından birbaşa axtarış etmək mümkün olacaq.

Məsələn, proqramdan bu gün havanın necə olacağını soruşduqda, hava durumu haqqında məlumat verəcək. Və ya tutaq ki, istifadəçi yaxınlıqda bir restoran axtarır, bu zaman proqram ət xörəkləri olan bir restoran məsləhət görür. İstifadəçi vegetarian olduğunu bildirirsə, sistem bu bilgini yadda saxlayır və gələn dəfə ət restoranlarını tövsiyə etmir.

Yazışmaların daxilindən də sual vermək olar. «Bu gün kimlərlə görüşüm var?», «X layihəsi haqqında kimlərlə danışdım?» kimi suallar verərkən isə proqram yaddaşda saxlanılan mesajlardan cavabı tapıb çıxaracaq.

Applikasiyanın nə vaxt istifadəyə veriləcəyi dəqiq açıqlanmır.

XS
SM
MD
LG