Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:40

Türkiyədə benzinin qiyməti qalxır


Yanacaqdoldurma məntəqəsi.
Yanacaqdoldurma məntəqəsi.

-

Dünyada neftin qiyməti düşdükcə, Türkiyədə əks proses gedir, benzinin qiyməti qalxır. Son rəsmi rəqəmlərə əsasən demək olar ki, alıcılar vergiyə görə daha çox pul ödəyirlər, nəinki yanacağa. Bunu «Hurriyet Daily News» yazır.

Neftin barrelinin qiyməti 35 dollara düşüb, bir litr benzin isə 4.5 lirəyə satılır. Halbuki bir litr benzinin istehsalı 1 lirəyə başa gəlir və pərakəndə qiyməti 3.74 lirədir ki, bu da istehsal qiymətindən qat-qat çoxdur. Qəzet yazır ki, bunun səbəbi yüksək vergidir. Əslində, Avropada da eyni mənzərədir.

«Brent» markalı neftin barreli 36.32 dollara düşüb ki, bu da dekabrın 21-nə olan məzənnə ilə 105 lirə edir.

Noyabra olan rəqəmlərə görə, qazın pərakəndə satış qiyməti 5 lirəyə çatıb. Bu, emaldan sonrakı qiymətdir, vergilər və şirkətin gəlirləri də istehsal qiymətinə əlavə olunub. Dövlət 100 lirəlik yanacaqdan 60 lirəni vergi formasında alır.

Dizel yanacağının qiymətində də eyni mənzərədir. Noyabrda İstanbulun Avropa hissəsində yaşayanlar standart dizelin litri üçün 3.72 lirə ödəyiblər, istehsal qiymətinin 1.07 lirə olmasına baxmayaraq. Bir litr dizeldə verginin payı 2.16 lirədir.

Məqalədə qeyd olunur ki, yanacaq vergisindən əldə olunan gəlir Türkiyənin gəlir vergisinin 15 faizini təşkil edir.

Əfqanıstan ordusu
Əfqanıstan ordusu

AMERİKA HELMƏNDDƏ ŞEYTANLA SÖVDƏLƏŞMƏYƏ GETMƏLİDİR

Birləşmiş Ştatlar əbədi sülh arzusundan əl çəkməli, «Taliban»la danışığa getməlidir. Bunu «Foreign Policy»də Emile Simpson yazır. Çərşənbə axşamı «Taliban» yaraqlıları Helmənd əyalətindəki Sangin şəhərində əfqan əsgərlərini mühasirəyə alıb. Əsgərlərin sursatı az qalıb, yaralıları evakuasiya edə bilmirlər, həm də savaşırlar. Əraziyə az sayda ABŞ və Britaniya əsgəri göndərilib.

Müəllif yazır ki, Qərbin əfqan ordusunun «Taliban»a uduzmasını dayandırması üçün iki əsas alternativ mövcuddur: «Birincisi, əfqan təhlükəsizlik qüvvələrini dəstəkləməlidir. İkincisi, rəsmi Kabillə «Taliban» arasında nizamlama danışığı apara bilər. Bu varianta görə, Əfqanıstanın cənubu və şərqi daha çox muxtariyyət əldə edir, ancaq terrorçulara baza verilməyəcəyinə təminat alınır».

Danışıqlar üçünsə NATO əfqan ordusunun əsas mövqeləri itirməməsinə təminat verməlidir. NATO hava gücündən «Taliban»a qarşı daha səmərəli istifadə edə bilsə, Kabil hökuməti udmasa da, heç olmasa uduzmaz...

Müəllif yazır ki, Əfqanıstanda durum ciddiləşir və layihənin alınmadığını deməyə, məğlubiyyəti qəbul etməyə meyl özünü büruzə verir: «Ancaq bu, layihə deyil, müharibədə planlar kəskin dəyişir. Məğlubiyyət qaçılmaz deyil. Əfqanıstan reallığını qəbul etməyin, hava koalisiyasını daha səmərələri işlətməyin vaxtıdır».

Moskvada müxalifətin yürüşü
Moskvada müxalifətin yürüşü

DEMOKRATİYANI NECƏ YAYMALI

«Birləşmiş Ştatlar və Avropa dövlətlərin demokratikləşməsinə istədikləri kimi töhfə verə bilməyiblər. Bəzi proqramlar bunu hədəfləyib. Məsələn, biri keçid ölkələrindən liderləri demokratik qaydalar və prinsiplər barədə maarifləndirməkdir. Bu yaxınlarda açıqlanmış araşdırmada politoloqlar Thomas Gift və Daniel Krcmaric iddia edirlər ki, Qərb universitetlərində təhsil almış liderlər digərlərindən daha artıq demokratikləşməyə meylli olurlar».

«The Washington Post»da Nelli Babayan yazır ki, təhsil və sosiallaşma təkcə Amerika və ya Avropa universitetində təhsil almaq deyil. ABŞ Dövlət Departamentinin təhsil və mübadilə proqramları var:

«Ermənistan, Azərbaycan və Gürcüstan Qərb təhsili ilə demokratiyaya fərqli keçid arasında münasibətə yaxşı nümunələrdir. Gürcüstanda ABŞ təhsil proqramının məzunları olan liderlər az deyil. Keçmiş baş nazir Irakli Garibashvili, keçmiş prezident Mikheil Saakashvili, daha iki indiki nazir, bir neçə keçmiş nazirlər bu qəbildəndir».

Ermənistanda isə bircə nazir Dövlət Departamentinin təhsil proqramının məzunudur.

Müəllif yazır ki, demokratiya qaydalarının və davranışının faydaları onun məsrəflərini üstələyəndə, demokratiya daha çox qabağa gedir. Vətəndaş cəmiyyəti davamlı hesabatlar və müzakirələrlə hökuməti nəzarətdə saxlayanda, siyasi partiyalar seçki saxtakarlığına daha az əl atır:

«Sonucda sosial və siyasi elitalar demokratik idarəçiliyin üstünlüklərinə alışanda, bütövlükdə demokratikləşmə prosesi və digər demokratik layihələrin uğurlu icrası daha rahat baş verir».

XS
SM
MD
LG