Keçid linkləri

2017, 16 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 17:16

-

Suriya Cenevrədə sülh danışıqlarına qoşulmağa hazırdır. Bunu ölkənin xarici işlər naziri Çinə rəsmi səfəri zamanı deyib.

“Suriya heç bir xarici müdaxilə olmadan Cenevrədə Suriya-Suriya dialoqunda iştiraka hazırdır”, Walid Muallem çinli həmkarı Wang Yi ilə mətbuat konfransında bildirib.

Dekabrın 18-də BMT-nin Təhlükəsizlik Şurası Suriya sülh prosesi üzrə beynəlxalq yol xəritəsinə dair qətnaməni yekdilliklə qəbul edib.

Suriyada prezident Bashar al-Assad qüvvələri ilə üsyançıların münaqişəsində 250 mindən çox insan həlak olub, milyonlarla köçkün var.

Cenevrə sülh danışıqları yanvarın sonunda keçirilməlidir.

XS
SM
MD
LG