Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:28

Müstəqil iqtisadçılar inflyasiyanın 4 faiz olmasına inanmırlar


Market
Market

-

Azərbaycan rəsmilərinin bildirməsinə görə, başa vurmaqda olduğumuz 2015-ci ildə ölkədə inflyasiya 4 faiz olub. Bunu dekabrın 23-də Milli Olimpiya Komitəsində bu il fərqlənən idmançı və məşqçiləri mükafatlandırarkən prezident İlham Əliyev də dedi.

Ancaq müstəqil iqtisadçılar 2015-ci ildə Azərbaycanda inflyasiyanın 4 faiz olmasına inanmırlar. İqtisadçı Samir Əliyev deyir ki, bu rəqəm tam reallıqdan uzaqdır:

«Nəzərə alın ki, ölkədə iki dəfə devalvasiya gedib, manat 100 faizə yaxın ucuzlaşıb. Həm ərzaq, həm də qeyri-ərzaq məhsullarında bahalaşma var. Qeyri-ərzaq məhsullarının çoxu ölkəyə idxal olunur, ərzaq məhsullarının da təqribən yarısı. Ölkədə istehsal olunan məhsulların da bir çox komponentləri, qatqıları xaricdən gəlir. 4 faiz inflyasiya inandırıcı deyil».

Samir Əliyev bildirir ki, mənzillərin, bir çox avtomobillərin qiymətində ucuzlaşma olub. Ancaq bütünlükdə götürəndə, əksər qiymətlər bahalaşıb. O, reallıqda inflyasiyanın ikirəqəmli olduğunu düşünür.

AZI 15 FAİZ...

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev isə təəssüflə qeyd edir ki, hazırda ölkədə alternativ inflyasiya hesablanması mövcud deyil. Odur ki, bu barədə əsaslandırılmış fikir söyləmək çətindir:

«Çünki həqiqətən məhsulların əksəriyyətinin qalxması ilə yanaşı, il ərzində sənaye məhsullarının ayrı-ayrı növlərinin qiymətində düşmələr olub. Ümumən inflyasiyanın hesablandığı 700-dək məhsul növü üzrə dəyişiklik haqqında yalnız xüsusi hesablama əsasında fikir yürütmək olar. Hər-halda ölkə əhalisinin istehlak xərclərində xüsusilə yüksək (60 faizədək) çəkiyə malik ərzaq məhsullarının qiymətində son devalvasiyaya qədər ən azı 15 faizlik artım olub».

Azər Mehdiyevdə düşünür ki, inflyasiya 4 faizdən daha çox olub.

SAXTA RƏQƏMLƏR...

Hazırda ABŞ-da olan başqa bir iqtisadçı Qubad İbadoğlu da deyir ki, inflyasiya artımını dəqiq rəqəmlə ifadə etmək çox çətindir: «Ancaq şübhəsiz ki, inflyasiya daha yüksəkdir. Sadəcə, Dövlət Statistika Komitəsi onu saxtalaşdıraraq həmişəki kimi aşağı elan edir».

İqtisadçı Natiq Cəfərli də inflyasiyanın iki rəqəmli olduğunu düşünür. O da qeyd edir ki, yalnız alternativ hesablama sistemi ilə dəqiq rəqəm müəyyən etmək olar: «Məncə, 11-12 faiz olmalıdır, real rəqəm».

Qeyd edək ki, il ərzində qiymətlər 10 faizdən çox artmırsa, bu cür inflyasiyaya mülayim və ya sürünən inflyasiya adlandırılır.

Yox il ərzində qiymətlər 10 faizdən çox artarsa, onda ölkədə sürətli inflyasiyanın baş verdiyi hesab edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG