Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:06

-

Dekabrın 24-də Milli Məclisdə İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrupun iclası keçirilir.

İclasda çıxış edən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, bu qurum nə Avropa Şurası, nə Avropa Birliyi, nə də digər beynəlxalq təşkilatlar üçün yaradılıb: «Bu qrup Azərbaycanda insan hüquqları problemlərinin həlli üçün müvafiq qurumlara tövsiyə vermək üçün formalaşıb. Ona görə də Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ın öz nümayəndəsini qrupdan geri çağırması bizim üçün əhəmiyyətli məsələ deyil».

S.Seyidov bildirib ki, T.Jagland-ın hərəkəti ümumiyyətlə, qəribədir: «Çünki əvvəlcə öz nümayəndəsini geri çağırır. Sonra isə insan haqları ilə bağlı Azərbaycana öz nümayəndəsini göndədir».

Birgə İşçi Qrupun üzvü, deputat Azay Quliyev deyib ki, bu qrup Azərbaycanda daxili mexanizm kimi yaradılıb və elə daxili mexanizm kimi də fəaliyyətini davam etdirəcək.

İclas jurnalistlərin iştirakı olmadan davam etdirilir. (APA)

Günün bütün mövzuları

XS
SM
MD
LG