Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:50

İrana viza qadağaları narazılıq yaradıb


John Kerry (solda) və Javad Zarif (arxiv fotosu)

John Kerry (solda) və Javad Zarif (arxiv fotosu)

-

ABŞ Dövlət katibi John Kerry Tehranı əmin etməyə çalışıb ki, Ağ Ev iranlıları qəzəbləndirən yeni viza tələbləri götürülə bilər. Ancaq Konqresin Respublikaçı liderləri dövlət katibinə qarşı çıxıb.

İranın xarici işlər naziri Javad Zarif şikayətlənmişdi ki, qadağalar iyulda əldə olunmuş nüvə sazişinə ziddir. Həmin saziş Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində iranlılara iqtisadi və səyahət qadağalarını götürməyi nəzərdə tutur.

Kerry dekabrın 19-da Zarif-ə yazdığı məktubda qeyd edir ki, Birləşmiş Ştatlar bəzi hallarda bu qadağaları götürə, İrana tez-tez səyahət edən investorlar və biznesmenlərə uzun müddətli vizalar verilə bilər.

Ancaq Kerry-nin yazdıqları Konqresdə narazılıq yaradıb. Respublikaçı liderlər israr edirlər ki, yeni viza tələblərinə sərt şəkildə əməl olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG