Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:54

Disneyləndə gedə bilmədilər


Btitaniya müsəlmanları aksiya keçirir, arxiv fotosu

Btitaniya müsəlmanları aksiya keçirir, arxiv fotosu

-

Britaniyanın 11 müsəlman ailəsinə Londondan Los Ancelesə, Disneylendə getməyə icazə verilməyib. Baş nazir David Cameron-un idarəsi dekabrın 23-də bildirib ki, bunun səbəbi araşdırılır.

Londonun Gatwick aeroportunda ABŞ rəsmisi dekabrın 15-də ailəyə deyiblər ki, onların vizası ləğv olunub.

İki böyük və 9 uşaqdan ibarət ailə artıq uçuşa hazırlaşırdı. Onlar vizanı bir neçə həftə öncə onlayn aldıqlarını söyləyiblər. Ləğvin səbəbi açıqlanmayıb. Biletlər üçün ödənmiş 13 min 400 dollar da hələlik qaytarılmayıb.

ABŞ hökumətindəki mənbə Reuters agentliyinə deyib ki, ailənin bir kişi üzvünün Ştatlara girməsinin mümkün olmadığı üzə çıxıb. Ailə birlikdə olduğundan hamısına qadağa qoyulub.

Hadisə Britaniya müsəlmanlarını qəzəbləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG