Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

-

Dünya Atletika qurumunun işçi qrupu yanvarın 10-11-də Rusiyaya ilk səfərini edəcək. Məqsəd dopinq qalmaqalından sonra hansı işlərin görüldüyünü araşdırmaqdır. Həmin qalmaqal nəticəsində ötən ay Rusiya atletlərinə qadağa qoyulub.

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) gələn ilin avqustunda Rioda keçiriləcək Olimpiya oyunlarından öncə Rusiya qarşısına bəzi vəzifələr qoyub.

Bu səfər də həmin işin rəsmən başlandığını təsdiqləməkdir, IAAF işçi qüvvəsinin rəhbəri Rune Andersen deyib. O, Rusiya Federasiyası ilə “yaxşı işçi münasibəti yaradıldığını” sözlərinə əlavə edib.

Rusiyalı atletlərə ona görə qadağa qoyulub ki, Ümumdünya Dopinq Agentliyi dopinqin dövlət səviyyəsində dəstəkləndiyini və bununla bağlı korrupsiyanı üzə çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG