Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:21

Naxçıvan Ombudsmanı ilə 103 müraciət alıb


Naxçıvanda əlisüpürgəli əsgərlər, arxiv fotosu

Naxçıvanda əlisüpürgəli əsgərlər, arxiv fotosu

-

Naxçıvan Muxtar Respublikasının Ombudsmanı illik hesabat verib.

AzadlıqRadiosunun məlumatına görə, 2015-ci ildə müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 103 müraciət daxil olub. Daxil olan müraciətlərin 33-nü şikayətlər, 70-ni isə ərizələr təşkil edib. 5 şikayətə baxılmasından imtina edilib. 28 müraciət baxılmaq üçün icraata qəbul edilib, onlardan 12-si təmin edilib. 16 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməyib.

Bu il Naxçıvan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 7 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib, 5 məhkum barəsində isə cəzanın növünün dəyişdirilməsi tətbiq edilib. Müvəkkil 28 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 111 başçəkmə həyata keçirib.

AzadlıqRadiosu Naxçıvanda müxtəlif hüquq və azadlıqların pozulması ilə bağlı vətəndaşlardan vaxtaşırı şikayətlər alır. Bir qayda olaraq, bu şikayətlərə muxtar respublikanın dövlət idarələrindən münasibət almaq mümkün olmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG