Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:36

“300 Nigeriya şiəsini” niyə öldürüblər?


Nigeriya şiələri Molla Zakzaky-nin portreti ilə (Foto arxivdəndir)
Nigeriya şiələri Molla Zakzaky-nin portreti ilə (Foto arxivdəndir)

Human Rights Watch: Nigeriya hərbçiləri bu ayın əvvəllərində Zariya şəhərində 300 şiə müsəlmanı öldürərək tələm-tələs basdırıblar.

Nigeriya hərbçiləri bu ayın əvvəllərində ölkənin şimalındakı Zariya şəhərində 300 şiə müsəlmanı öldürərək tələm-tələs basdırıblar.

Bu barədə dəhşət doğuran xəbəri Human Rights Watch (HRW) təşkilatı yayıb.

Bu ölümlər barədə xəbər dünya boyunca və xüsusən də İranda şiələrin hiddətinə səbəb olub

Təşkilat bildirir ki, meyitlər ölənlərin ailə üzvlərinin icazəsi olmadan dəfn olunub.

Nigeriya ordusunun briqada generalı Rabe Abubakar BBC ilə söhbətində öz əsgərlərinin heç kəsi öldürmədiyini iddia edib.

Bu ölümlər barədə xəbər dünya boyunca və xüsusən də İranda şiələrin hiddətinə səbəb olub.

HRW bildirib ki, Nigeriya ordusunun hadisə barədə öz versiyası inandırıcı deyil və baş verənləri müstəqil ədliyyə təhqiqatı araşdırmalıdır.

Şiələr bu məqsədlə hökumət tərfindən tərtib olunmuş komitəni rədd ediblər.

İrana bağlı qruplaşma

Human Rights Watch-un bəyanatında deyilir ki, “ən yaxşı halda bu, hökumətin aşırı reaksiyası, ən pis halda isə şiə azlığı üzərinə əvvəlcədən planlaşdırlmış silahlı basqındır”.

İranda minlərlə şiə müsəlman Nigeriya ölümlərinə etiraz edib
İranda minlərlə şiə müsəlman Nigeriya ölümlərinə etiraz edib

Hərbiyyə İrana bağlı olduğu söylənən şiə qrupunun ordu generalı Tukur Buratai-ı qətlə yetirməyi planlaşdırdığını bildirib. Şiələr bu ittihamı rədd edirlər.

Bundan başqa ölkə hərbçiləri şiələrin onların qurduğu barrikadaları aşmağa çalışan əsgərlərə dəyənəklərlə hücum etdiyini göstərən videogörüntüləri açıqlayıb.

Lakin Human Rights Watch bildirir ki, hərbçilər arasında ölümlərin olduğunu isbat edən “inandırıcı dəlillər” yoxdur.

Öldürülənlərin dəqiq sayı barədə məlumat olmasa da, HRW xəstəxanalardan və şahidlərdən yığdığı informasiya əsasında qiymətləndirmə aparıb.

“Nigeriya Khomeini-si” – molla Zakzaky

Nigeriyanın ruhani müsəlman lideri Sokoto sultanı xəbərdarlıq edib ki, Nigeriya İslam Hərəkatı (Islamic Movement of Nigeria - IMN) üzərinə hücumlar yeni qiyama yol aça bilər.

“Nigeriya Khomeini-si” kimi tanınan Şeyx Zakzaky hazırda polis tərəfindən saxlanıb.

Boko Haram sünni islamçı qruplaşması da şiə müsəlmanlara düşməndir.

IMN bəyan edib ki, hərbçilər reyd zamanı şiələrin müqəddəs ocağını və onların lideri şeyx Ibraheem Zakzaky-nin evini dağıdıblar.

“Nigeriya Khomeini-si” kimi tanınan Şeyx Zakzaky hazırda polis tərəfindən saxlanıb.

Reyd zamanı həmçinin qrup başçısının müavini də qətlə yetirilib.

Ötən il şeyx Zakzaky-nin üç oğlu şiələrin ziyarəti zamanı polislə toqquşamda öldürülmüşdü.

Nigeriya şiələri kimdir?

Nigeriyada şiələr məzhəb azlığı hesab edilsələr də, onların sayı artmaqdadır.

Şiə nigeriyalılar çox vaxt dini təhsil almaq üçün İrana yollanırlar.

Onların IMN təşkilatı 1980-ci illərdə şeyx Ibraheem Zakzaky tərəfindən yaradılıb.

Ölkənin şimal ştatlarının bəzilərində şiələrin öz məktəbləri və xəstəxanaları var.

Şiələr keçmişlərdə də ölkənin təhlükəsizlik qüvvələri ilə toqquşublar.

IMN İran tərəfindən dəstəklənir və şiə nigeriyalılar çox vaxt dini təhsil almaq üçün bu ölkəyə yollanırlar.

Sünni cihadçı qruplaşması olan Boko Haram bəyan edib ki, şiələr kafirdirlər və onları öldürmək lazımdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG