Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:31

Ləzgi Dram Teatrı “Qış nağılı” hazırlayıb


-

Dekabrın 24-dən Qusar Dövlət Ləzgi Dram Teatrı “Qış nağılı” adlı yeni il proqramını tamaşaçılara təqdim edəcək.

“Qış nağılı”nda məktəblilərin qarşısında Şaxta baba, Qar qız çıxış edəcək, əyləncəli-məzəli proqramlar təqdim olunacaq. Teatr tamaşalarından səhnəciklər göstəriləcək.

Proqramın quruluşçu rejissoru, teatrın direktoru Faiq Qardaşovdur.

Şaxta baba obrazında Bağır Əhmədov, Qar qız roluna isə Kəmalə Qasımova çıxış edəcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG