Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:17

Kosovo məhkəməsindən Serbiya qərarı


Kosovoda müxalifət partiyaları, 16 dekabr, 2015-ci il

Kosovoda müxalifət partiyaları, 16 dekabr, 2015-ci il

-

Kosovo Konstitusiya Məhkəməsinin çıxardığı qərara görə, Kosovodakı etnik serblərə daha çox səlahiyyət verilməsinə dair Serbiya ilə saziş ölkə konstitusiyanı pozur.

Dekabrın 23-də çıxardığı qərarda məhkəmə bildirib ki, Kosovonun serb azlığı öz işlərini idarə edə bilər və çoxluq təşkil etdikləri ərazilərdə bələdiyyələrin assosiasiyasını yarada bilər. Ancaq son olaraq yaradılan serb assosiasiyası icra hüquqlarına malik olmamalıdır. Konstitusiyaya görə, bu hüquqları mərkəzi hökumət icra edir.

Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunmuş razılaşmanın məqsədi Serbiya ilə Kosovonun münasibətlərini yaxşılaşdırmaqdır. Ancaq Kosovodakı müxalifət qrupları sənədi rədd edib. 2008-ci ildə Kosovo müstəqilliyini elan edəndən bəri ölkədə ən pis siyasi böhran yaranıb. Polis 13 müxalifətçini həbs edib. Onlar sazişə etiraz olaraq parlamentdə dəfələrlə gözyaşardıcı qaz buraxıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG