Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:27

“Talibanın Əfqanıstanda “İslam Dövləti” qrupu ilə mübarizədə maraqları Rusiyanın maraqları ilə üst-üstə düşür və Moskva Talibanla əlaqə saxlayır”.

Bunu dekabrın 23-də “İnterfaks”a müsahibəsində Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

O bildirib ki, Taliban hiss eləyir ki, “İslam Dövləti” qrupu vaxtilə “Əl Qaidə” kimi onlardan transmilli məqsədlər, xəlifət və qlobal cihad yaratmaq üçün istifadə etmək istəyir.

O bildirib ki, Əfqanıstan və Pakistan talibləri Al Bagdadini xəlifə kimi qəbul etmir, “İslam Dövləti” qrupunu tanımır və bu cox vacibdir.

O həmçinin Rusiyanın Əfqanıstana silah göndərməyə hazır olduğunu, amma bunun ehtiyatlı və kommersiya əsasında ediləcəyini bildirib.

Rusiya və Əfqanıstan rəsmilərinin sözlərinə görə, NATO-nun rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin əksəriyyəti Əfqanıstanı tərk etdikdən sonra prezident Ashraf Ghani Moskvadan hərbi yardım istəyib.

Söhbət artilleriya, atıcı silahlar və Mİ -35 vertolyotları göndərilməsindən gedir.

Kabulov NATO qüvvələrinin Əfqanıstan ordusuna təlim keçməsinin səmərəsiz olduğunu vurğulayıb və ölkədə təhlükəsialik baxımından vəziyyətin pisləşdiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG