Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:00

Gürcüstanın baş naziri İrakly Garibashvili istefa verib.

O dekabrın 23-də televiziya ilə müraciətində istefa verdiyini və ölkəsinə sadiq əsgər kimi qalacağını bəyan edib.

O bildirib ki, bununla gənc nəslə nümunə olmaq və dövlət postunun ötəri olduğunu göstərmək istəyir.

33 yaşlı Garibashvili 2013-cü ildə bu vəzifəyə təyin olunanda Avropada ən gənc baş nazir idi.

Keçmiş baş nazir və milyardçı Bidzina Ivanishvili 2012-ci ildə onu daxili işlər naziri təyin edəndən əvvəl də tanınmış siyasətçi idi.

Rəqibləri onu siyasi səriştəsizlikdə və İvanishvilinin piyadası olmaqda günahlandırırlar.

AzadlıqRadiosunun müxbiri Giorgi Kobaladzenin məlumatına görə, onun səlahiyyətlərini baş nazirin birinci müavini və xarici işlər naziri Georgi Kvirikashvili icra edəcək.

Prezident 7 gün ərzində parlamentə yeni namizəd təqdim eləməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG