Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

Aşqabadda dollar və avronu indən belə yalnız xüsusi talonla almaq mümkündür.

Bu barədə Azadlıqradiosunun türkmən xidməti məlumat yayıb.

Qərarın nə vaxt qəbul edildiyi bilinmir, amma şəhər sakinləri talon almaq üçün axşamdan səhərədək banklarda növbəyə durmalı, hətta siyahı tutmalı olurlar.

Gecə növbəyə duran 200 nəfərdən yalnız yarısı talon ala bilir.

Paytaxt banklar hesab edir ki, hökumət bununla valyutadəyişmə məntəqələrində qayda-qanun yaradıb, insanların valyuta almasını asanlaşdırıb.

AzadlıqRadiosunun tükmən xidməti isə əksinə bunun prosesi çətinləşdirdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG