Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:59

-

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevi doğum günü münaisbətiylə təbrik edib.

Təbrik məktubunda deyilir: «Azərbaycan Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, regional və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rol oynayır».

Putin Əliyevi Rusiyanın «əsl dostu» adlandırıb və Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verdiyini bildirib. «Ümidvaram ki, Sizinlə yoldaşcasına ünsiyyətimiz və ölkələrimizin qardaş xalqlarının rifahı naminə sıx birgə işimiz davam edəcək», - təbrik məktubunda deyilir.

Prezidenti Rusiyanın baş naziri Dmitry Medvedev və Tacikistan prezidenti Emomali Rahmon da təbrik edib.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin ailəsində anadan olub.

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur. Tarix elmləri namizədidir.

1994-cü ildən 2003-cü ilin avqustunadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub.

2003-cü ildə Baş nazir vəzifəsinə təyin edilib. Həmin ilin oktyabrında baş tutan prezident seçkilərindən sonra ölkənin rəhbərliyinə keçib. Bundan sonrakı iki prezident seçkilərində - 2008-ci il və 2013-cü ildə də o, qalib elan edilib.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalında izləyin:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG