Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:34

-

«Azərbaycan Dəmir Yolları» QSC beynəlxalq istiqamətlər üzrə dəmiryolu qiymətlərini artırıb.

Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Qiymətlər manatın ikinci devalvasiya dalğası ilə əlaqədar dəyişib.

N.Əzməmmədovun sözlərinə görə, Azərbaycan ərazisində biletlər manatla satılır, lakin Rusiya, MDB və Baltikyanı ölkələr arasındakı dəmiryolu nəqliyyatında gediş haqqının hesablanması zamanı tarif valyutası İsveçrə frankıdır: «İsveçrə frankının məzənnəsinin dəyişməsindən asılı olaraq dəmiryolu qiymətləri avtomatik dəyişir».

Bakıdan qatarlar beynəlxalq istiqamətlər üzrə Tbilisi, Moskva, Xarkov, Tümen və Rostova hərəkət edir.

Qurum biletlərin qiymətində neçə faiz bahalanma olduğunu açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG