Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:58

-

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) jurnalist Rauf Mirqədirovun dövlətə xəyanətdə ittiham olunmsını pisləyir və jurnalisti dərhal azadlığa buraxmağa çağırır. Qurum dekabrın 23-də jurnalistin məhkəməsi öncəsi belə bir bəyanatla çıxış edib.

“Qapalı keçirilən bu utancverici məhkəmə nəhayət ki, bitmək üzrədir”, bəyanatda deyilir.

“Xədicə İsmayılova, Hilal Məmmədov və bir çox digərləri kimi, Mirqədirovun məhkəməsinin də ədalət mühakiməsi ilə heç bir bağlılığı yoxdur. O, Prezident İlham Əliyevin rejimin tənqidçilərinə qarşı ovunun qurbanlarından biridir. Hakimiyyəti bu təqibi bitirməyə və Mirqədirovu azadlığa buraxmağa çağırırıq”, qurumun Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr deyib.

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Vəkil Fuad Ağayev müdafiə nitqilə çıxış edir. Hakimin hökmü elan etməsi gözlənilir.

Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG