Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:41

-

Dekabrın 21-də manatın ABŞ dolları qarşısında 50 faiz dəyərdən düşməsi Azərbaycanın rayonlarda da istehlak məhsulların bahalaşmasına səbəb olub. Astarada kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan anbarda Əsəd adlı satıcı deyir ki, bahalaşma bütün məhsullarda var. Kartofun bir kiloqramı 60 qəpikdən 90 qəpiyə, toxumluq kartofun bir kiloqramı isə 30 qəpikdən 60 qəpiyə qalxıb. Arpa və buğdanın qiymətində də 50 faizdən çox bahalaşma var:

«Nə edəcəyimizi bilmirik. Özümüzü diri-diri basdıraq, qardaş?».

«BU DA HÖKUMƏTİMİZİN ƏHALİYƏ BAYRAM TƏBRİKİDİR»

Ərzaq mağazalarında vəziyyət bir qədər fərqlidir. Bir çox mağazalar bəzi zəruri ərzaq məhsullarını piştaxtalardan yığışdırıblar. Bəhanələri budur ki, firmalar mal vermir. Mağazaların birinin sahibi bizə bildirdi ki, əhali ancaq çörək alır:

«Tutaq ki, köhnə qiyməti saxlasaq, nə olacaq ki? Elə məhsullar var ki, vaxtı keçir. Ona görə də qiymətini saxlamışıq. Amma alan yoxdur. Camaatın imkanı olsa, mağazada heç nə qalmaz. Bu da hökumətimizin əhaliyə bayram təbrikidir. İşləmək olmur. Pis zəmanəyə düşmüşük».

Astara şəhər sakini Elçin İbrahimli

Astara şəhər sakini Elçin İbrahimli

Əksər ərzaq mağazalarından quş ətini və unu yığışdırıblar. Satıcılar deyirdilər ki, 45 kiloqramlıq unun bir kisəsi 27 manata qalxacaq.

Maşın hissələri satan dükanın sahibi isə Rusiyadan gələn malların qiymətində 20 faiz, digər xarici ölkələrdən gələn mallarda isə 50 faiz artım olacağını bildirdi.

«HAMI İSTƏYİR Kİ, KASIB XALQIN HESABINA VARLANSIN»

Astara şəhər sakini Elçin İbrahimli deyir ki, onsuz da şampunların, yuyucu tozların qiymətləri hər ay qalxırdı:

«İndi birdən birə, bir dəfə qalxıb. Düzdür, həmin məhsullar xaricdən gətirilir. Axı bu pul cəmi iki gündür ucuzlaşıb. Hamı istəyir ki, kasıb xalqın hesabına varlansın. Biabırçılıqdır».

Vidadi Mirzəyev

Vidadi Mirzəyev

«HEÇ OLMASA, BELƏ AĞIR GÜNLƏRDƏ MONOPOLİYANI GÖTÜRSÜNLƏR»

İqtisadçı Vidadi Mirzəyev deyir ki, manatın ucuzlaşması gözlənilən idi. Lakin hökumət əhalini qabaqcadan maarifləndirməli idi:

«Görün neçə-neçə adamın psixi durumu pis vəziyyətə düşəcək. Əhali ilə belə oynamazlar. Pulun indi dəyərdən düşməsi kənd təsərrüfatına, xüsusən kəndlilərə böyük ziyanı olacaq. Kənd təsərrüfatı məhsulların toxumları əsasən xaricdən gətirilir. İlin bu vaxtları torpaqlar əkinə hazırlanır. Bəzi məhsullar əkilir. Belə çıxır ki, toxumlar ikiqat qiymətə qalxacaq. Çox adam torpağında əkin keçirdə bilməyəcək. Keçən dəfə gömrük məsələsinə toxunmuşduq. Qonşu İranda kartofun bir kiloqramı 15-20 qəpiyədir. İran Astarası bir addımlıqda yerləşir. Bizdə isə həmin kartofun bir kiloqramı 90 qəpiyə qalxıb. Gömrükdə monopoliya var. Heç olmasa, belə ağır günlərdə monopoliyanı götürsünlər. Camaat öz hayına qalsın».

Şərhləri göstər

XS
SM
MD
LG