Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:08

Milli Məclisin son iclasının vaxtı açıqlandı


Milli Məclis
Milli Məclis

-

Milli Məclisinin 2015-ci ildə son iclası dekabrın 29-da olacaq.

Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 28 məsələ daxildir.

Bunlar yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi, «Diplomatik xidmət haqqında», «Əhalinin sağlamlığının qorunması haqqında», «Dövlət rüsumu haqqında», «Polis haqqında» və digər qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin Müraciətinin təsdiq edilməsidir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə bir sıra sahələr üzrə cərimələrin artırılması nəzərdə tutulur.

XS
SM
MD
LG