-
Mərkəzi Bankın dekabrın 23-nə olan məlumatına görə, dolların rəsmi məzənnəsi 1.5523 manatdır. O, ötən günlə müqayisədə 0.08% artıb.
Avronun rəsmi məzənnəsində də cüzi artım qeydə alınıb: 0.23%. 1 avro 1.6978 manatdır.
Bu ilin fevralında Mərkəzi Bankın qərarı ilə manatın təxminən 33 faizlik devalvasiyası elan edilib. Dekabrın 21-də isə qurum manatın üzən məzənnə rejiminə keçidini elan edib.