Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:16

Rauf Mirqədirov son söz üçün vaxt istədi


Rauf Mirqədirov
Rauf Mirqədirov

-

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxsin vəkili Fuad Ağayev müdafiə çıxışı edib. Vəkil müdafiə etdiyi şəxsə bəraət istəyib.

Daha sonra Rauf Mirqədirova son söz demək təklif edilib. O, hakimdən son söz üçün vaxt istəyib.

Növbəti proses dekabrın 25-i saat 16:00-a təyin edilib. Həmin gün hakimin hökm oxuyacağı gözlənilir.

«Mənim söylədiklərimdə Rauf ucun sürpriz heç nə yox idi. Əlbəttə, bəraət hökmünün çıxarılmasını istədim. Rauf Mirqədirovun təqsirini sübut edən heç bir fakt yoxdur, amma təqsirsizliyini sübut edən kifayət qədər dəlil var», - məhkəmədən sonra vəkil AzadlıqRadiosuna deyir.

Fuad Ağayev ümumilikdə məhkəmə prosesiningedişini qiymətləndirməyə tələsmir: «Məhkəmənin hökmü bəlli olandan sonra bütövlükdə proses barədə fikirlərimi açıqlayacağam».

Ötən prosesdə prokuror hakimdən Rauf Mirqədirovun işinə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqlənməsini, bununla da onun işinin yüngüləşdirilməsini istəyib. O, jurnalistin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur.

Özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

XS
SM
MD
LG