Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:58

-

Ukrayna Prezidenti Petro Poroshenko deyir ki, Kiyev altı ay ərzində İsraillə azad ticarət sazişi imzalamaq istəyir.

“Ukrayna və İsrailin azad ticarət zonası üzrə razılaşma imzalamasında maraqlıyam”. Poroshenko dekabrın 22-də Qüdsdə İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşdən sonra jurnalistlərə deyib.

Prezidentin sözlərinə görə, iki ölkənin illik ticarət dövriyyəsi 1 milyard dollardır və özəlliklə də texnologiya sektorunda “bunu artırmaqda maraqlıyıq”.

Ukrayna yeni ticarət tərəfdaşları axtardığı bir vaxtda Moskva onunla ticarəti azaldır.

Moskva ötən həftə Ukrayna ilə azad ticarət zonasını ləğv edib, Ukrayna ərzağına qadağa qoyub. Səbəb Ukraynanın gələn ildə Avropa Birliyi ilə azad ticarətə başlamasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG