Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:16

Türkiyənin baş naziri Ahmet Davutoglu Rusiyanın Suriyanın İdlib şəhərinə hücumunu ittiham edib.

O bildirib ki, Suriya ərazisi Rusiyanın imperialist məqsədlərinin tərkib hissəsi ola bilməz.

Rusiya təyyarələrinin dekabrın 20-də şəhəri vurması nəticəsində onlarla adam ölüb.

Bu barədə xilasedicilər və şahidlər xəbər verir.

Amma Rusiya məlumatı təsdiqləmir.

Davutoglu dekabrın 22-də bir daha deyib ki, Rusiyanın hava zərbələrində əsas hədəf prezident Bashar Assada qarşı mübarizə aparan mötədil üsyançılardır və dins sakinlərdir və bu “İslam Dövləti” qrupunun mövqelərini gücləndirir.

Qeyd edək ki, Türkiyə Suriya münaqişəsində üsyançıların tərəfini saxlayır və hesab edir ki, Bashar Assad getməlidir.

Rusiya ilə İran isə bu münaqişədə Bashar Assadın tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG