Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:32

ABŞ Ukrayna münaqişəsinə görə daha 30-a yaxın rusiyalı və Rusiya şirkətini sanksiyalar siyahısına əlavə edib.

Maliyyə nazirliyinin dekabrın 22-də açıqladığı siyahıya Ukraynanın separatçı Donetsk və Luqansk viləyətlərindən olan bir neçə yüksək səlahiyyətli məmur əlavə edilib.

Həmçinin rusiyalı biznesmenlər və Kremlə yaxın olan bir sıra şirkətlər, habelə neft ticarəti ilə məşğul olan Gennady Timchenko və sənaye fəaliyyəti ilə məşğul olan milyardçılarand Arkady və Boris Rotenberg də siyahıya daxil edilib.

Bundan başqa Vitaliy Zakharchenko da daxil olmaqla bir sıra keçmiş Ukrayna rəsmilərinə qarşı sanksiyalar tətbiq edilib.

Məlumatda bildirilir ki, 2014-cü il-“Maydan” hadisələri vaxtı daxili işlər naziri olarkən o nümayişçilərə atəş açmaq əmri verib.

Qeyd edək ki, ABŞ bundan əvvəl də Rusiya rəsmiləri və şirkətlərinə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG