Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:57

Rusiyanın xarici işlər nazirliyi Gürcüstanla viza rejiminin yüngülləşdirildiyini və gələcəkdə iki ölkə arasında vizasız rejim tətbiq oluna biləcəyini deyir.

Nazirlik bunun Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində edildiyini bildirir.

Artıq dekabrın 23-dən Gürcüstan vətəndaşlarına istənilən müddətə biznes, iş, təhsil və humanitar vizalar verilməsinə başlanır.

2000-ci ildə Rusiya Gürcüstana qarşı viza rejimi tətbiq edib.

2008-ci il sentyabrın 2-də isə Cənubi Osetiyaya görə Gürcüstanla Rusiya arasındakı qısa müharibəyə görə tərəflər arasında diplomatik münasibətlər pozulub.

Amma Gürcüstan 2012-ci ilin fevralından Rusiya vətəndaşlarına qarşı viza rejimini birtərəfli qaydada ləğv edib.

Rusiya isə buna cavab olaraq viza rejimini ləğv etməyə hazır olduğunu bildirib və Gürcüstana diplomatik münasibətlərin bərpasını təklif edib.

Prezident Vladimir Putin dekabrın 17-də Rusiyanın Gürcüstana qarşı viza rejimini ləğv etməyə hazır olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG