Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:56

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Avropa Birliyi və Ukrayna ilə ticarət mübahisəsinin həllində səyləri davam etdirəcək:”Hesab edirəm ki, biz bu məsələyə hələ bir neçə dəfə dönməli olacağıq.

Biz tərəfdaşlarımız Ukrayna və Avropa Birliyi ilə əməkdaşlığı normallaşdırmaq istəyirik”.

İnterfaksın məlumatına görə, Putin bunu dekabrın 22-də deyib.

Qeyd edək ki, Putin gələn il yanvarın 1-dən Ukrayna ilə azad ticarət zonasını dayandırıb.

Qeyd edək ki, Avropa Birliyi ilə Ukrayna gələn ilin yanvarından tərəflər arasında imzalanmış azad ticarət razılaşmasını həyata keçirmək qərarına gəliblər.

Amma Rusiya buna qarşıdır və tərəflər fikir ayrılıqlarını yoluna qoymağa çalışırlar.

Bunadək keçirilən 3 tərəfli danışıqlar heç bir nəticə verməyib.

Rusiyanın baş nazir müavini İgor Shuvalov dekabrın 22-də ölkəsinin danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG