Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:27

Rusiya gələn həftədən İranda 2 yeni nüvə reaktorunun tikintisinə başlayacaq.

Bunu dekabrın 22-də İran Atom Enerjisi Təşkilatının sədr müavini Behrouz Kamalvandi bəyan edib.

Amma o əlavə detallar barədə məlumat verməyib.

Rusiya ötən il İranda daha 2 mülki nüvə reaktorunun tikintisi ilə bağlı Tehranla razılaşma əldə edib.

Qeyd edək ki, Tehran bundan əvvəl Bushehr şəhəri yaxınlığında Rusiyanın köməkliyi ilə atom elektrik stansiyası tikib.

Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov dekabrın 22-də bildirib ki, Moskva gələn il İrana 5 milyard dollar kredit ayrılmasına baxır.

Rusiya prezidenti Vladimir Putinin noyabrın sonunda Tehrana səfəri zamanı bununla bağlı ilkin sənədlər imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG