Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:35

“2014-cü ilin avqustundan qoşunların təmas xəttində hadisələrin inkişafı 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasının məntiqi çərçivəsinə sığmır”.

Bunu Qondarma Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” Levon Mnatsakanyan “Armenpress” agentliyinə müsahibəsində deyib.

O Azərbaycanı təxribatçılıqda və şəraiti hərbi vəziyyətə yaxınlaşdırmaqda günahlandırır.

O deyib ki, Azərbaycan tərəfi əvvəllər yalnız snayperlərdən istifadə edirdisə, 2015-ci ilin martından minaatanlar, qumbaraatan və müxtəlif çaplı artilleriya kompleksindən istifadə edir.

Qeyd edək ki, son vaxtlar təmas xəttində vəziyyətin gərginləşdiyi müşahidə olunur.

Həmçinin Azərbaycanın müdafiə nazirliyi Ermənistanı təmas xətti və sərhəd bölgəsində diversiya hrəkətləri törətməkdə, atəşkəsi pozmaqda günahlandırır.

Nazirliyin dekabrın 22-də yaydığı məlumata görə, , erməni bölmələri yenidən cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlar və iriçaplı silahlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 102 dəfə pozub.

Günün bütün mövzuları

XS
SM
MD
LG