Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:59

Ekspert Bakı Nəqliyyat Agentliyi barədə


Ərşad Hüseynov
Ərşad Hüseynov

-

«Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılması Nəqliyyat Nazirliyinin ləğvi demək deyil».

Bunu hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosuna yeni yaradılan qurumla bağlı fərmanı şərh edərkən deyib. Onun sözlərinə görə, Nəqliyyat Nazirliyindəki Avtonəqliyyat Xidmətinin sərnişindaşıma ilə bağlı və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin funksiyaları yeni quruma verilir: «Ancaq Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətləri, tabeliyində olan qurumlar qalır».

Ərşad Hüseynov deyir ki, yeni qurum qarşısında Bakıda ictimai sərnişindaşımanın təkmilləşdirilməsi, müasirləşdirilməsi tələbləri qoyulub: «Bu sahədə çox ciddi problemlər var, bunun öhdəsindən necə gəlinəcəyini təxminən 3 ay sonra görmək olacaq».

Hüquqşünas qeyd edir ki, əslində, Nəqliyyat Nazirliyinin ləğv olunması ölkənin nəqliyyat sektoruna ciddi problemlər yaradar. Onun fikrincə, nəqliyyat sektorunda dövlət idarəçiliyini yaxşılaşdırmaq, çevikləşdirmək üçün «hətta dəmiryolunu, Xəzər Gəmiçiliyini, aviasiya sahəsini hansısa üsulla Nəqliyyat Nazirliyinə bağlamaq lazımdır».

Bir müddət öncə də Nəqliyyat Nazirliyinin bəzi səlahiyyətləri əlindən alınmış, tabeliyindəki bəzi qurumlar ləğv edilmiş və ya digər quruma verilmişdi.

XS
SM
MD
LG